“ART Weekend” çərçivəsində “Püstə: canlı irs” performansı təqdim edildi

“ART Weekend” çərçivəsində “Püstə: canlı irs” performansı təqdim edildi
31.10.2025 22:00 Mədəniyyət

Oktyabrın 31-də “Bakıya Uçuş. İncəsənət həftəsonu. Gələcəyimizi İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) layihəsinin daha bir tədbiri - “Püstə: canlı irs” təqdimatı Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində keçirilib.

TodayPress TV xəbər verir ki, əvvəlcə Maqsud İbrahimbəyovun “Püstə ağacı” hekayəsi əsasında hazırlanan monotamaşa təqdim edilib.

Oxucunu duyğular, xatirələr və nostalji dünyasına aparan əsərin mərkəzində keçmişlə bu gün arasındakı ayrılmaz bağlılığın rəmzinə çevrilən püstə ağacı dayanır.

Maqsud İbrahimbəyovun ən təsirli əsərlərindən biri olan bu hekayədə hadisələr bir uşağın gözü ilə nəql olunur. Bu monotamaşada müharibə illərindəki uşaqlığını xatırlayan artıq böyümüş oğlan obrazını isə Azərbaycanın Əməkdar artisti Şövqi Hüseynov canlandırıb.

Tamaşaçılar onunla birlikdə mərkəzində iri bir püstə ağacı bitən kiçik Bakı həyətinə səyahət ediblər.

Sonra "Azərxalça” ASC-nin toxuduğu triptix – üç xalçadan ibarət əsər təqdim olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva kompozisiya ilə tanış olub.

Bildirilib ki, kompozisiya çətinliklərə baxmayaraq həyatın yenidən başlaya və bar verə biləcəyini göstərir. Su isə triptixdə üç hissəni birləşdirən mühüm rəmz kimi verilir. O, böyümə və inkişaf üçün zəruri həyat gücünün rəmzi olaraq həyatın dövri xarakterini vurğulayır.

Daha sonra Leyla Əliyevanın iştirakı ilə Mərkəzin terrasında püstə ağacı əkilib.

Qeyd edək ki, bu mərasim suya, həyata və təbiətə qayğının rəmzi kimi təcəssüm olunur. Püstə - keçmişlə gələcəyin, sənətlə ekologiyanın, insanla torpağın vəhdəti kimi qələmə verilir.

Daha sonra IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri İçərişəhərdə təşkil olunmuş Zeytun Festivalını ziyarət edib. Ölkəmizin ayrı-ayrı bölgələrindən gətirilən zeytun və zeytun məhsulları ilə tanış olub. Festivala gələn şəhərimizin qonaqları və turistlərlə səmimi söhbət atmosferində keçən ziyarətdə xatirə şəkilləri də çəkilib.

XƏBƏR LENTİ
31 MAY 2026
Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Bütün Xəbərlər