Anım Günündə "İnnab Ağacı" tamaşası təşkil ediləcək
27 sentyabr – Azərbaycan Respublikasında Vətən Müharibəsi Şəhidlərinə ehtiram əlaməti olan Anım Günüdür.
TodayPress TV xəbər verir ki, Azərbaycan Dövlət Kukla Teatrı İkinci Dünya müharibəsindəki qələbənin 80-ci ildönümünə və əfsanəvi döyüşçü Həzi Aslanovun 115 illik yubileyinə həsr olunmuş "İnnab Ağacı" adlı tamaşa hazırlayıb.
Tamaşa general-mayor Həzi Aslanovun həyatına və müharibədəki qəhrəmanlıqlarına işıq salacaq.
Qeyd edək ki, 27 sentyabr saat 14:00 və 16:00-da tamaşanın premyerası keçiriləcək.