Aktrisa Aqnes Peterson vəfat etdi

Aktrisa Aqnes Peterson vəfat etdi
10.09.2025 12:04 Mədəniyyət

Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrının aktrisası Aqnes Peterson 89 yaşında vəfat edib. 

TodayPress TV xəbər verir ki, bu barədə teatrın mətbuat xidməti məlumat yayıb.

"Uzun sürən xəstəlikdən sonra Aqnes Peterson dünyasını dəyişdi. Dünən onun 89 yaşı tamam olmuşdu. Ümid edirdik ki, o, xəstəliyi məğlub edərək səhnəyə qayıdacaq, amma təəssüf ki, bu baş vermədi", - deyə teatr nümayəndələri bildiriblər.

Qeyd edək ki, Peterson 1936-cı ildə Estoniyada anadan olub. Vaxtanqov Teatrının səhnəsində 30-dan çox rol ifa edib, həmçinin çoxsaylı kino və televiziya tamaşalarında çıxış edib. 1991-ci ildə ona Rusiya Sovet Federativ Sosialist Respublikasının Əməkdar Artisti adı verilib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər