Strateji valyuta ehtiyatları 77 milyard dolları keçdi

Strateji valyuta ehtiyatları 77 milyard dolları keçdi
23.07.2025 11:46 Maliyyə

Azərbaycanın strateji valyuta ehtiyatları 77,4 milyard ABŞ dollarına çatıb.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu, ilin əvvəli ilə müqayisədə 9,4 % çoxdur.

"Bu isə 6 ayda 6,7 milyard ABŞ dolları artım deməkdir. Strateji valyuta ehtiyatlarımız 3 illik idxalı maliyyələşdirməyə kifayət edir və inanılmaz yüksək göstəricidir", - deyə baş bankir əlavə edib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər