Sığortaçılarının I yarımildə fəaliyyətinin nəticələri müzakirə olundu
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov sığorta sektorunun rəhbər şəxsləri ilə görüşüb.
TodayPress TV xəbər verir ki, o, bunu "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Görüşdə bu ilin I yarısında sektorun fəaliyyət göstəricilərii nkişaf dinamikası və mövcud çağırışlar ətrafında ətraflı müzakirələr aparılıb. Eyni zamanda, qarşıdakı dövr üçün strateji prioritetlər və həyata keçirilməsi planlaşdırılan təşəbbüslər diqqət mərkəzində olub", - deyə o qeyd edib.