Ödəniş kartları olanların DİQQƏTİNƏ!: Fırıldaqçılıq hallarının son göstəriciləri açıqlandı

Ödəniş kartları olanların DİQQƏTİNƏ!: Fırıldaqçılıq hallarının son göstəriciləri açıqlandı
03.08.2026 18:59 Maliyyə

Bu ilin II rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 74 min 526 manatlıq 5 305 fırıldaqçılıq halı baş verib.

TodayPress TV bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bunlar, I rüblə müqayisədə müvafiq olaraq 20,4 % az və 6,2 % çoxdur.

Hesabat dövründə ödəniş kartları ilə ölkəxarici fırıldaqçılıq hallarının dəyəri 11 % azalaraq 289 min 423 manat olub, fırıldaqçılıq hallarının sayı isə 39,7 % azalaraq 3 633-ə düşüb.

II rübdə ölkədaxili baş vermiş fırıldaqçılığın 33,9 %-i hesabın ələ keçirilməsi (12,5 faiz bəndi çox), 66,1 %-i digər hallarla (12,5 faiz bəndi az), ölkəxarici fırıldaqçılıq hallarının isə 45,9 %-i kartın fiziki iştirakı olmadan (14,3 faiz bəndi az), 54,1 %-i digər hallarla (14,3 faiz bəndi çox) bağlı olub.

Aprel-iyun aylarında ölkədaxili fırıldaqçılığın 93,1 %-i (5,2 faiz bəndi az) elektron ticarət və mobil tətbiq üzərindən, 6,9 %-i (5,2 faiz bəndi çox) isə digər hallarda, ölkəxarici fırıldaqçılığın isə 92,8 %-i (12,2 faiz bəndi çox) elektron ticarət və mobil tətbiq üzərindən, 7,2 %-i (12,2 faiz bəndi az) isə digər hallarda baş verib.

TodayPress TV

XƏBƏR LENTİ
03 AVQUST 2026
Bütün Xəbərlər