Dövriyyədə olan avrobondların ümumi dəyəri açıqlandı

Dövriyyədə olan avrobondların ümumi dəyəri açıqlandı
01.08.2025 11:19 Maliyyə

Bu il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcunun 27,7 %-ni və ya 1 milyard 387,3 milyon ABŞ dollarını beynəlxalq maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları (avrobond) təşkil edib.

TodayPress TV bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, bu rəqəm II rübdə dəyişməyib.

Hesabat tarixinə avrobondların 310,7 milyon dollarının ödəniş müddəti 2029-cu ilə qədər, 1 milyard 76,6 milyon dolarının isə ödəniş müddəti 2032-ci ilə qədər olub. Avrobondlar üzrə kupon ödənişləri isə müvafiq olaraq 5,125 % və 3,5 % təşkil edib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər