Dövlət əmlakının icarəsindən büdcə daxilolmaları artdı

Dövlət əmlakının icarəsindən büdcə daxilolmaları artdı
06.08.2025 15:46 Maliyyə

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) xətti ilə dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 26,9 milyon manat təşkil edib.

TodayPress TV bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,7 % çoxdur.

İcarə daxilolmaları proqnozdan 34,4 % çox icra edilib.

Xatırladaq ki, bu il ƏMDX büdcəyə 46 milyon manat vəsait köçürməlidir. Beləliklə, 7 ay ərzində həmin məbləğin 58,5 %-i təmin olunub.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər