Azərbaycanın İİB-dən cəlb etdiyi borc azaldı
Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 10,7 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 4,9 %-i və ya 245,4 milyon dolları İslam İnkişaf Bankından cəlb edilmiş öhdəliklərin payına düşüb.
TodayPress TV bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 % azdır.