Azərbaycanın EBRD-dən cəlb etdiyi borc azaldı

Azərbaycanın EBRD-dən cəlb etdiyi borc azaldı
01.08.2025 17:25 Maliyyə

Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 10,7 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 4,6 %-i və ya 232,8 milyon dolları Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) cəlb edilmiş öhdəliklərin payına düşüb.

TodayPress TV bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 % azdır.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər