AMB kiberhücumları əvvəlcədən müəyyən edəcək

AMB kiberhücumları əvvəlcədən müəyyən edəcək
11.08.2025 12:49 Maliyyə

Azərbaycan Mərkəzi Bankı "Threat Intelligence" platforması satın alacaq.

TodayPress TV xəbər verir ki, platformanın 485 min manata başa gələcəyi ehtimal olunur.

"Threat Intelligence" kibertəhlükəsizlik sahəsində istifadə olunan, təşkilatlara mövcud və potensial kiber təhdidlər barədə məlumat toplayan, təhlil edən, əlaqələndirən və paylaşan proqram və ya sistemdir. Platforma hücumçuların niyyətlərini, metodlarını və istifadə etdikləri vasitələri əvvəlcədən müəyyən etməyə kömək edir.

Satınalmada məqsəd təhlükəni baş verməmişdən öncə görmək və ona qarşı qabaqlayıcı tədbir görməkdir.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər