Süd və qaymaq idxalı 34%-ə yaxın artdı

Süd və qaymaq idxalı 34%-ə yaxın artdı
28.05.2025 14:49 İqtisadiyyat

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 5 min 880 ton süd və qaymaq idxal edib.

TodayPress TV Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə süd və qaymağın dəyəri 9 milyon 402 min ABŞ dolları təşkil edib. 

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 480 ton (33,6 %), dəyər baxımından isə 2 milyon 615 min ABŞ dolları (38,5 %) çoxdur. 

Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər