Qızıl bahalaşdı

Qızıl bahalaşdı
17.06.2025 10:20 İqtisadiyyat

Qızılın qiyməti yüksəlib.

TodayPress TV xəbər verir ki, buna İsrail-İran toqquşmaları və ABŞ Prezidenti Donald Trampın Tehranın təxliyə olunması ilə bağlı çağırışının yaratdığı geosiyasi qeyri-müəyyənlik nəticəsində investorların təhlükəsiz aktivlərə üstünlük verməsi səbəb olub.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.23% artaraq 3.391.79 ABŞ dollarına bərabər olub.

Birja məlumatlarına görə, COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 0.26% artaraq 36.41 ABŞ dolları təşkil edib.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər