Növbəti torpaq hərracları elan edildi
İyulun 23-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Azərbaycanın regionlarında 17 torpaq müsabiqəsi və 24 hərrac keçirəcək.
TodayPress TV bu barədə quruma istinadən xəbər verir.
Hərraclar ƏMDX-nın Gəncə, Mingəçevir, Lənkəran, Ucar, Bərdə, Beyləqan, Cəlilabad və Qəbələ ərazi şöbələrində olacaq. Müsabiqə və hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 41 torpaq sahəsi çıxarılacaq.