IOTA-nın 29-cu Baş Assambleyası işini başa çatdırdı

IOTA-nın 29-cu Baş Assambleyası işini başa çatdırdı
19.06.2025 17:00 İqtisadiyyat

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyasının texniki sessiyası başa çatıb.

TodayPress TV bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

“Sürətlə dəyişən mühitdə adaptiv və çevik vergi administrasiyası” mövzusunda keçirilən Assembleyanın texniki sessiyasında innovativ idarəetmə yanaşmaları, rəqəmsal texnologiyaların tətbiqi və çevik vergi inzibatçılığı üzrə qabaqcıl beynəlxalq təcrübələr təqdim edilib.

İştirakçılar “İstifadəçi mərkəzli yanaşma”, “Çevik metodologiyanın tətbiqi” və “Vergi əməliyyatlarında dizayn düşüncə üsulu” mövzularında keçirilən tematik bölmələrdə vergi administrasiyalarının konkret təcrübə və təşəbbüsləri ilə tanış olublar. Azərbaycan, Polşa, Latviya, Türkiyə, Yunanıstan, Böyük Britaniya və digər ölkələrin nümayəndələri təqdimatlarla çıxış edərək, istifadəçi ehtiyaclarına uyğunlaşdırılmış xidmətlər, çevik yanaşmaların praktiki tətbiqi və dizayn əsaslı vergi islahatları haqqında məlumat veriblər.

Plenar müzakirələr zamanı texniki sessiyaların nəticələri ümumiləşdirilib və paralel bölmələr üzrə əsas nəticələr diskussiya formatında təqdim olunub.

Bağlanış mərasimində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli iştirakçılara təşəkkür edib, müzakirələrin təşkilata və üzv ölkələrə verdiyi töhfələri vurğulayıb. O,

qeyd edib ki, Assembleyada keçirilən müzakirələrdə davamlı irəliləyiş üçün çevik strategiyaların hazırlanması, liderlik və insan kapitalının inkişafı, vergi idarələrinin idarəetmə modellərinin transformasiyası ilə bağlı konkret nümunələr və yanaşmalar nümayiş olunub. Paralel sessiyalarda istifadəçi mərkəzli xidmətlərin dizaynı, “Agile” və “Design Thinking” kimi yanaşmaların tətbiqinə qədər geniş təcrübə mübadiləsi aparılıb ki, bu təcrübələr IOTA çərçivəsində gələcək əməkdaşlıq üçün çox dəyərli əsasdır.

FOTOLAR

IOTA-nın 29-cu Baş Assambleyası işini başa çatdırdı — 1
IOTA-nın 29-cu Baş Assambleyası işini başa çatdırdı — 2
IOTA-nın 29-cu Baş Assambleyası işini başa çatdırdı — 3
IOTA-nın 29-cu Baş Assambleyası işini başa çatdırdı — 4
IOTA-nın 29-cu Baş Assambleyası işini başa çatdırdı — 5
IOTA-nın 29-cu Baş Assambleyası işini başa çatdırdı — 6
IOTA-nın 29-cu Baş Assambleyası işini başa çatdırdı — 7
IOTA-nın 29-cu Baş Assambleyası işini başa çatdırdı — 8
XƏBƏR LENTİ
31 MAY 2026
test 17:40 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 Bütün Xəbərlər