Əmək sahəsinə aid yeni dövlət standartları qəbul edildi

Əmək sahəsinə aid yeni dövlət standartları qəbul edildi
14.08.2025 11:25 İqtisadiyyat

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) əmək sahəsində 17 yeni dövlət standartı qəbul edib.

TodayPress TV AZSTAND-a istinadən xəbər verir ki, bunlar, aşağıdakılardır:

- AZS ISO 374-4:2025 “Təhlükəli kimyəvi maddələrə və mikroorqanizmlərə qarşı qoruyucu əlcəklər - 4-cü hissə: Kimyəvi maddələrin deqradasiyasına qarşı müqavimətin təyini”;

- AZS ISO 20320:2025 “Snoubordinq üçün qoruyucu geyim - Bilək qoruyucuları - Tələblər və sınaq üsulları”;

- AZS ISO 20346:2025 “Fərdi mühafizə vasitələri - Qoruyucu ayaqqabılar”;

- AZS ISO 20347:2025 Fərdi mühafizə vasitələri - İşçi ayaqqabıları (ISO 20347:2021 Personal protective equipment - Occupational footwear)

- AZS ISO 20349-2:2025 “Fərdi mühafizə vasitələri — Metaltökmə zavodlarında və qaynaq işlərində ortaya çıxan risklərdən qoruyan ayaqqabılar - Hissə 2: Qaynaq və əlaqəli proseslərdə risklərdən qorunma üzrə tələblər və sınaq üsulları”;

- AZS ISO 6530:2025 “Qoruyucu geyim - Maye kimyəvi maddələrə qarşı mühafizə - Mayelərin nüfuz etməsinə qarşı materialların davamlılığı üzrə sınaq üsulu”;

- AZS ISO 6942:2025 “Qoruyucu geyimlər - İstilik və alovdan qorunma - Sınaq üsulu: Materialların və material birləşmələrinin istilik radiasiyası mənbəyinə məruz qaldıqda qiymətləndirilməsi”;

- AZS ISO 9151:2025 “İstiliyin və alovun təsirinə qarşı qoruyucu geyim - Alova məruz qalma zamanı istilikötürmənin təyini”;

- AZS ISO 12312-1:2025 “Gözlərin və üzün mühafizəsi - Gün eynəkləri və gözlə əlaqəli mühafizə vasitələri - 1-ci hissə:Ümumi istifadə üçün gün eynəkləri”;

- AZS ISO 12312-2:2025 “Gözlərin və üzün mühafizəsi - Gün eynəkləri və gözlə əlaqəli mühafizə vasitələri - 2-ci hissə:Günəşin birbaşa müşahidəsi üçün filtrlər”;

- AZS ISO 13998:2025 “Qoruyucu geyimlər - Əl bıçaqlarından istifadə nəticəsində yaranan kəsiklərdən və bıçaq zərbələrindən qoruyan önlüklər, şalvarlar və jiletlər”;

- AZS ISO 14877: 2025 “Dənəvər abraziv maddələrin təzyiqlə vurulması vasitəsilə səthlərin təmizlənməsi zamanı istifadə olunan qoruyucu geyim”;

- AZS ISO 15025:2025 “Qoruyucu geyim - Alovdan mühafizə - Alovun məhdud yayılması üzrə sınaq üsulu”;

- AZS ISO 20344:2025 “Fərdi mühafizə vasitələri - Ayaqqabıların sınaq üsulları”;

- AZS ISO 4869-1:2025 “Akustika - Eşitmə qoruyucuları - 1-ci hissə:Səs zəifləməsinin ölçülməsi üçün subyektiv metod”;

- AZS ISO 4869-2:2025 “Akustika - Eşitmə qoruyucuları - 2-ci hissə:Eşitmə qoruyucuları taxıldıqda effektiv A-çəkili səs təzyiqi səviyyələrinin təxmini hesablanması”;

- AZS ISO 4869-3:2025 “Akustika - Eşitmə qoruyucuları - 3-cü hissə: Akustik sınaq qurğusundan istifadə edərək səs əleyhinə qulaqlıq tipli eşitmə qoruyucularının daxilolma itkisinin ölçülməsi”.

Sözügedən dövlət standartları qoruyucu geyimlərin kimyəvi maddələrdən, istilik və alovdan mühafizəsinə dair sınaq üsularını, əl bıçaqlarından istifadə zamanı zədələrin qarşısının alınması üçün qoruyucu önlüklərə olan tələbləri, eləcə də eşitmə qoruyucularına olan tələbləri, gün eynəkləri və gözlə əlaqəli mühafizə vasitələrinin xüsusiyyətlərini müəyyən edir. Onların tətbiqində məqsəd iş mühitində yarana biləcək təhlükələr barədə işçi heyətin məlumatlılığının artırılması, insan həyatına və sağlamlığına mənfi təsir göstərən risklərin azaldılmasıdır.

Yeni dövlət standartları “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 21) konsensus əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər