DSMF-nin xərcləri 10 % artdı

DSMF-nin xərcləri 10 % artdı
17.05.2025 11:58 İqtisadiyyat

Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri 2 milyard 501 milyon manat təşkil edib. 

TodayPress Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 231 milyon manat və ya 10 % çoxdur. 

DSMF-nin gəlirləri 2024-cü ilin 4 ayında proqnozla müqayisədə 13 % (305 milyon manat) çox olmaqla 2 milyard 715 milyon manat təşkil edib. 

Məlumata əsasən, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 9 % (168 milyon manat) artaraq 2 milyard 39 milyon manat olub.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər