Azərbaycan neftinin qiyməti 116 dollara düşdü

Azərbaycan neftinin qiyməti 116 dollara düşdü
17.10.2026 11:27 İqtisadiyyat

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,78 ABŞ dolları və ya 2,33 % azalıb.

TodayPress TV xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,78 ABŞ dolları və ya 2,33 % azalaraq 116,26 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

TodayPress TV