“Caspian Energy Holding” yaradılır – 50%-lik pay satışa çıxarılır

“Caspian Energy Holding” yaradılır – 50%-lik pay satışa çıxarılır
30.05.2025 12:14 İqtisadiyyat

13 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi (“InterFood Azerbaijan”) və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi (“Caspian Agro”) çərçivəsində "Caspian Energy Club"ın stendini ziyarət edib.

TodayPress TV xəbər verir ki, “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Prezidentə “Caspian Energy Holding”in yaradılması haqqında məlumat verib.

Uzun illərdir “Caspian Energy” brendi altında fəaliyyət göstərən networking platformalar, media layihələr, forumlar və mükafatlar artıq vahid idarəetmə strukturu altında birləşdirilir və bu məqsədlə “Caspian Energy Holding” təsis edilir. Yeni holdinqin əsas hədəfi “Caspian Energy” brendi çərçivəsində mövcud olan bütün layihələrin vahid çətir altında toplanması və strukturlaşdırılması, daha effektiv idarə olunması, rəqəmsallaşdırılması və beynəlxalq miqyasda inkişaf etdirilməsidir.

“Caspian Energy Holding”ə məxsus şirkətlər və layihələr fəaliyyət növünə uyğun olaraq qruplara bölünüb:

• “Caspian Energy Club”

• “Caspian Energy Club International”

• “Caspian Energy Event Group”

• “Caspian Energy International Media Group”

• “Award Organizers Group”

• “Caspian Energy Research Group”

• “Caspian Energy Entertainment Group”

• “Caspian Energy Jobs”

Yeni struktura daxil olan layihələrin rəqəmsallaşdırılması və vahid ekosistem formatında qlobal miqyasda əlçatan olması əsas prioritetlərdən biridir. Bu məqsədlə “Caspian Energy Holding”in 50 faiz payı satışa çıxarılır. İnvestisiya fürsətləri çərçivəsində 50% payın satışı potensial tərəfdaşlara “Caspian Energy Holding” və onun tərkibindəki bütün layihələrin birbaşa ortağı olmaq imkanı yaradır.

Bu, eyni zamanda iştirakçılara öz məhsul və xidmətlərini qlobal arenada tanıtmaq, beynəlxalq əməkdaşlıqlarda strateji rol oynamaq imkanı verir.

Paralel olaraq “Caspian Energy Holding”ə daxil olan şirkət və layihələr fərqli qruplara bölünərək 25%-dən 75%-ə qədər paylarla satışa təqdim olunacaq. Satışdan əldə ediləcək vəsait hesabına vahid rəqəmsal ekosistem yaradılacaq.

Bu ekosistem üzərində “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası 100-dən artıq ölkəsindən olan sahibkarlara networking qurmaq imkanı yaradacaq. Xatirlatmaq istərdik ki, Azərbaycan Milli Biznes Assosiasiyası və ona məxsus olan brendlər və layihələr “Caspian Energy Holding” tərəfindən yeddi il müddətində idarə olunacaq və bu müddətdən sonra müstəqil şəkildə fəaliyyət göstərəcək.

Vahid rəqəmsal ekosistem vasitəsilə qlobal biznes əlaqələrinin qurulması, partnyor əməkdaşlıqlarının inkişaf etdirilməsi, xidmət və məhsulların beynəlxalq bazarlarda tanıdılması mümkün olacaq.

Ekosistem B2B, B2G və B2C formatlarında fəaliyyət göstərəcək və eyni zamanda yerli və qlobal bizneslərin dövlət qurumları ilə birbaşa əlaqələrin qurulmasına dəstək verəcək. “Caspian Energy Club”a daxil olan sahibkarlar vahid ekosistem çərçivəsində halhazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər.

Ekosistemə inteqrasiya olan qlobal loyallıq proqramı da tətbiq ediləcək. “Caspian Energy Holding” həmçinin investisiya agentliyi formatında fəaliyyət göstərəcək və dünyanın müxtəlif ölkələrindən olan investorları Azərbaycanda və Orta Dəhliz ölkərində fəaliyyət göstərən istehsalçılarla və regionlarda yaradılan investisiya mühiti ilə tanış edəcək.

Bundan əlavə, holdinq Orta Dəhliz ölkələrində istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxarılmasında aktiv rol oynayacaq. “Caspian Energy Holding”in beş ildən sonra IPO-ya çıxarılması planlaşdırılır. “Caspian Energy Holding”ə daxil olan şirkət və təşkilatlar haqqında qısa məlumat 2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes-networking platformasıdır.

“Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır. “Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır.

Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır. 2004-cü ildən fəaliyyət göstərən “Caspian Energy Event Group” dünyanın 20-dən çox ölkəsində “Caspian Energy Forum”, “Caspian Investment Forum”, Milli Biznesin İnkişafı Forumu, Milli Maliyyə Əlçatanlığı Forumu, “Caspian Innovation Forum” və iqtisadiyyatın fərqli istiqamətlərini əhatə edən beynəlxalq və milli forumlar, meetup-lar və dəyirmi masalar təşkil edir. 1999-cu ildən fəaliyyət göstərən “Caspian Energy International Media Group” “Caspian Energy Club”ın dəstəyi ilə 30-dan çox elektron, çap və onlayn yerli və beynəlxalq media resurslarını idarə edir.

“Caspian Energy International Media Group”un fəaliyyətinin flaqmanı olan “Caspian Energy” jurnalı dünyanın 70-dən çox ölkəsində yayımlanır və 20-dən çox ölkədə əlavə olaraq çap olunur.

2004-cü ildən “Caspian Energy Club”ın dəstəyi ilə fəaliyyət göstərən “Award Organizers Group” dünyanın 12 ölkəsində “Caspian Energy Award”, “Caspian Business Award”, “Brand Award”, “CEO Award” və digər milli və beynəlxalq mükafatların təqdimat mərasimlərinin və müsabiqələrinin təşkilatçısıdır. 1991-ci ildən fəaliyyət göstərən “Caspian Energy Research Group” PR, marketinq, sosioloji və ictimai rəy araşdırmaları aparan, transmilli, regional dövlət və iri özəl holdinqlər üçün konsaltinq xidmətləri göstərən investisiya-konsaltinq şirkətidir.

1991-ci ildən fəaliyyət göstərən “Caspian Energy Entertainment Group” “Caspian Energy CUP” çərçivəsində müxtəlif ölkələrdə idman yarışları, intellektual və əyləncə oyunları təşkil edən beynəlxalq şirkətdir.

“Caspian Energy Jobs” – Xəzər, Qara Dəniz və Baltik regionunda fəaliyyət göstərən vahid işə qəbul platformasıdır. Platforma işəgötürənlərə uyğun mütəxəssisləri tapmaq, iş axtaranlara isə tez və rahat şəkildə bir neçə şirkətə müraciət etmək imkanı yaradır.

Layihə ilkin mərhələdə xaricdə təhsil alan azərbaycanlı tələbələr üçün yaradılmışdır ki, onlar təhsillərini davam etdirərək part-time və ya remote iş tapa bilsinlər.

Hal-hazırda bu platforma “Caspian Energy Holding” tərəfindən yaradılmış ekosistemə inteqrasiya edilir və dünyanın 100 ölkəsində fəaliyyət göstərməsi planlaşdırılır.

XƏBƏR LENTİ
04 IYUN 2026
Azərbaycandan Ermənistana daha 42 vaqon dizel yanacağı ixrac olunacaq 14:24 Monako yarışı öncəsi favorit açıqlandı! 14:12 Qərbi Azərbaycan seçkilərdə kimi seçir? -İNFOQRAFİKA 14:05 Müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) ilə bağlı "uğur böcəyi" Zirəddin Rzayev imiş - RƏY 13:54 Zahid Oruc "seçici" kimi erməni namizədlərə 6 bəndlik tələb irəli sürdü 13:42 Naxçıvanın muxtariyyəti ləğv edilir? 13:32 Hava şəraiti tamamilə dəyişir - Neçə dərəcə isti olacaq? 13:24 Onaltımərtəbəli yaşayış binasında yanğın - Görüntülər 13:17 İrəvan sərxoş halda seçkiyə gedir - Fransız xalqı kef edir... 13:04 Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Sərhədi qanunsuz keçənlər yaxalandı! 12:11 Azərbaycanda sürücüsüz avtomobillər olacaq 12:01 Gorus - Qafan yolu Azərbaycana verilir xəbəri Ermənistanı qarışdırdı 11:58 Bakıda kameralar önündə adam oğurladılar - Onları hansı cəza gözləyir? 11:50 “Siti”dən sərt xəbərdarlıq: Haaland “Real”a getmir! 11:46 Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər! 11:35 Sərhəddə böyük əməliyyat: 319 kiloqram narkotik ələ keçdi 11:34 Meteohəssas şəxslər DİQQƏT! Maqnit qasırğası gəlir, özünüzü qoruyun 11:27 Türkiyənin “gizli silahı”: bu görüntü Yunanıstanı qarışdırdı – VİDEO 11:22 Xuliqan Bakı küçələrini bir - birinə qatdı, belə ələ keçirildi 11:12 Kim Çen In nüvə zavodunu təftiş etdi 11:03 Bütün Xəbərlər