"Bitcoin"in qiyməti yeni rekorda yaxınlaşır - Rəqəmsal aktivlər artışdadır

"Bitcoin"in qiyməti yeni rekorda yaxınlaşır - Rəqəmsal aktivlər artışdadır
02.07.2026 09:27 İqtisadiyyat

Qlobal kriptovalyuta bazarında son sutkada əsas rəqəmsal aktivlər üzrə müsbət dinamika qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bazarın kapitallaşmasına görə ən böyük kriptovalyuta olan "Bitcoin" son 24 saatda 2,75% bahalaşaraq 106 769 ABŞ dollarına yüksəlib.

"Ethereum" 2,52% artaraq 3 031 dollara, XRP 2,25% bahalaşaraq 4,06 dollara çatıb.

BNB 0,37%, Solana 0,65%, "Dogecoin" 1,22%, Cardano 0,55%, TRON isə 2,09% bahalaşıb.

Bununla yanaşı, qızılın qiymətinə indekslənən qızıl əsaslı kriptovalyutalar da müsbət dinamika nümayiş etdirib. "PAX Gold" son sutkada 2,25% bahalaşaraq 4 061,02 ABŞ dollarına, Tether Gold isə 2,08% artaraq 4 037,87 ABŞ dollarına yüksəlib.

Analitiklər bildirirlər ki, kriptovalyuta bazarındakı yüksəlişə investorların risk iştahının artması, spot ETF-lərə kapital axınının davam etməsi və qlobal maliyyə bazarlarında nikbin əhval-ruhiyyənin güclənməsi dəstək verir.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUL 2026
Bütün Xəbərlər