Bitcoin ucuzlaşdı
Mayın 30-da kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti ucuzlaşıb.
TodayPress TV xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 10:20-də “CoinMarketCap” platformasında 1.62% ucuzlaşaraq 106040 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib.
Sözügedən kriptovalyutanın dəyəri 3.32% azalaraq 2634 ABŞ dollarına bərabər olub.
İlk beşlikdə olan XRP son sutkada 3.56%, BNB isə 1.51% ucuzlaşıb.
Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti bu il mayın 22-də qeydə alınıb və qiyməti 110 min dolları ötüb.