Azərbaycan neftinin qiyməti 95 dolları keçdi

Azərbaycan neftinin qiyməti 95 dolları keçdi
20.08.2026 09:46 İqtisadiyyat

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,9 ABŞ dolları və ya 0,95 % artaraq 95,48 ABŞ dolları təşkil edib.

TodayPress TV xəbər verir ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti 93,4 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,9 ABŞ dolları və ya 0,99 % artaraq 91,79 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər