“WhatsApp”da bunu etməyin! Şəxsi məlumatlarınız ifşa oluna bilər
WhatsApp istifadəçilərə telefon nömrəsini gizlədərək “@username” vasitəsilə ünsiyyət qurmağa imkan verən yeni funksiyanı istifadəyə verir.
TodayPress TV xəbər verir ki, kibertəhlükəsizlik mütəxəssisləri xəbərdarlıq edirlər ki, WhatsApp-da Instagram və ya Facebook-da istifadə etdiyiniz eyni istifadəçi adını seçsəniz, hesablarınızı əlaqələndirmək və şəxsi məlumatlarınızı müəyyən etmək daha asan ola bilər.
Ekspertlər məxfiliyi qorumaq üçün WhatsApp-da digər sosial şəbəkələrdən fərqli və unikal istifadəçi adı seçməyi tövsiyə edirlər.