“SİMA İmza”nın üztanıma həlli kirayə mənzil seçimində tətbiq olunacaq

“SİMA İmza”nın üztanıma həlli kirayə mənzil seçimində tətbiq olunacaq
29.07.2026 11:15 İKT

SİMA rəqəmsal imzanın biometriya texnologiyası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) kirayə mexanizmi çərçivəsində keçirdiyi növbəti mənzil satışlarında tətbiq ediləcək.

TodayPress TV xəbər verir ki, yeniliyə əsasən, vətəndaşlar kirayə mənzil seçimi zamanı müraciətlərini parol və ya digər təsdiqləmə üsulları ilə deyil, yalnız “SİMA İmza”nın üztanıma funskionallığı ilə təsdiqləyə biləcəklər.

Bu yanaşma seçimlər zamanı təhlükəsizliyin və şəffaflığın təmin edilməsi üçün həyata keçirilib və kənar şəxslərin başqasının adından prosesə müdaxilə etməsi riskinin qarşısını almaq məqsədi daşıyır. Belə ki, burada biometrik identifikasiya sayəsində hər bir təsdiq əməliyyatı birbaşa müraciət sahibinin iştirakı ilə həyata keçirilir.

“SİMA İmza”nın biometrik identifikasiya üsulunun tətbiqi ilə bağlı təlimatla bu keçid vasitəsilə tanış ola bilərsiniz:

https://mcgf.gov.az/storage/01KYMBNVCQG52EGZ18Z4NW1RQS.pdf

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər