BMW-dən TƏCİLİ geri çağırma qərarı – Hər an yana bilərlər
Almaniyanın BMW avtomobil istehsalçısı ABŞ-də 29 119 avtomobili geri çağırmaq qərarına gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" ABŞ-nin Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsinə (NHTSA) istinadən məlumat yayıb.
Məlumata görə, geri çağırılmaya səbəb mühərrikin işə salınması relelərində yaranan korroziyadır. Bildirilir ki, bu nasazlıq qısaqapanmaya və nəticədə avtomobilin yanmasına səbəb ola bilər.
Kampaniya BMW 530e xDrive, 740Le xDrive və bəzi BMW iPerformance modellərini əhatə edir.
Qiymət Mahir