“Zirə”də mövsümi ayrılıq
“Zirə” klubu futbolçu Rüstəm Əhmədzadə ilə yollarını ayırıb.
TodayPress TV Bakı təmsilçisinə istinadən məlumat yayıb.
Bildirilir ki, “qartallar” “Qarabağ”dan icarəyə götürdükləri yarımmüdafiəçi ilə müqaviləni uzatmayıblar.
Qeyd edək ki, Azərbaycan yığma komandasının üzvü olan Rüstəmin “Qarabağ”la 2026-cı ilin iyununa qədər müqaviləsi var. O, 2022-ci ilin iyulundan “Zirə”də top qovurdu.
Namiq HUN