"Hicab" İranın Azərbaycanın içindəki məsələsidir: Tehrandan həyasızlıq...
İran Azərbaycanın vahid məktəbli forması ilə bağlı qərarına münasibət bildirərək məsələnin ölkənin daxili işi olduğunu bəyan edib.
TodayPress TV xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Azərbaycanla İran arasında uzunmüddətli dostluq və qardaşlıq münasibətlərini vurğulayaraq, məsələnin qarşılıqlı anlaşma, dini dəyərlərə hörmət və vətəndaşların fundamental hüquqları çərçivəsində həllinə ümid etdiklərini bildirib.
Tehran bir tərəfdən Azərbaycanın daxili işlərinə qarışmadığını nümayiş etdirməyə çalışır, digər tərəfdən isə mövzuya dini dəyərlər və fundamental hüquqlar prizmasından yanaşır.
Azərbaycanın daxili qərarına dini dəyərlər və hicab üzərindən münasibət bildirən İranın bu mövqeyi diqqət çəkir: ölkənin daxili işi kimi təqdim edilən məsələyə Tehran özü də münasibət bildirməkdən kənarda qalmır.
Qeyd edək ki, daha əvvəl Türkiyənin bəzi rəsmiləri də məsələ ilə bağlı sərt açıqlamalar verərək uşaqların vahid məktəbli geyimi qərarını qəbuledilməz saymışdılar.
Jalə Rövşən