"Zirə" "Qəbələ"ni məğlub etdi

"Zirə" "Qəbələ"ni məğlub etdi
03.05.2026 20:46 İdman

Azərbaycan Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib.

TodayPress TV xəbər verir ki, günün ikinci matçında "Zirə" "Qəbələ"ni qəbul edib.

Zirə Olimpiya İdman Kompleksinin stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

78-ci dəqiqədə Martins Junior fərqlənib.

Qələbə sayəsində xallarının sayını 49-a çatdıran "Zirə" dördüncü pillədə qərarlaşıb. "Qəbələ" 20 xalla 11-ci sıradadır.

Günün ilk matçında "Sabah" "Şamaxı"nı üç cavabsız qolla üstələyib.

Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı 2:1, "İmişli" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə üstələyib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər