Zədədən sonra yeni başlanğıc: Neymarın comeback hekayəsi
İdman
10.02.2026 11:16
Braziliyalı ulduz futbolçu Neymarın fevralın 15-də “Velo Klub”a qarşı keçiriləcək oyunda “Santos”un heyətinə qayıtmağa hazır olduğu bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə “ge globo” məlumat yayıb.
Eyni zamanda istisna edilmir ki, hücumçu növbəti Braziliya çempionatı matçı, “Atletiko”ya qarşı görüşdən əvvəl istirahət edə bilər.
Komandanın digər əsas oyunçularından biri Qabiqolun da Kuritiba səfərində keçiriləcək oyunu buraxacağı gözlənilir.
Qeyd edək ki, Neymar sonuncu dəfə iki ay əvvəl “Kruzeyro” ilə matçda meydanda olub.
Xatırladaq ki, dekabrın sonunda hücumçu medial menisk yırtığı səbəbindən artroskopiya əməliyyatı keçirib. Futbolçunun klubla qüvvədə olan müqaviləsi 2026-cı ilin sonuna qədərdir. Transfermarkt portalında onun bazar dəyəri 10 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Neymar,Santos,Klub,Zədə,Todaypress.tv,
