Yuriç “Atalanta”nın radarına düşdü
“Atalanta” klubunun yeni baş məşqçisi müəyyənləşib.
TodayPress TV xəbər verir ki, “Sky Italia”ya Can Pyero Qasperininin klubu tək etdikdən sonra boş qalan postun İvan Yuriçə tapşırıldığı məlumatını yayıb.
Klub rəhbərliyinin xorvatiyalı mütəxəssislə iki illik müqavilə imzalayacağı bildirilib.
Yuriçin son iş yeri 2024-cü ilin dekabrından çalışdırdığı “Sauthempton klubu olub. Komandası aşağı liqaya düşdükdən sonra o, vəzifəsindən istefa verib.
Xatırladaq ki, 49 yaşlı məşqçi daha əvvəl İtaliyada “Roma”, “Torino”, “Verona” və “Cenoa” kimi komandalarda işləyib.
“Atalanta” A Seriyasında son mövsümü 74 xalla 3-cü pillədə başa vurub.
Namiq HUN