Yelkənçilərimiz “Mandarin Cup” turnirində çıxış edəcək

Yelkənçilərimiz “Mandarin Cup” turnirində çıxış edəcək
08.01.2026 14:23 İdman

Azərbaycanın iki yelkənçisi Türkiyənin Bodrum şəhərində keçiriləcək “Mandarin Cup” beynəlxalq turnirində iştirak edəcək.

TodayPress TV AZƏRTAC-a istinadən xəbər verir ki, yarışda ölkəmiz iki qız idmançı ilə təmsil olunacaq. 

Bunlar Nərgiz Məmmədova və Nəzrin Məmmədovadır. Azərbaycanlı yelkənçilər turnirə türkiyəli məşqçi Mithat Can Yıldırımın rəhbərliyi altında qatılacaqlar.

Qeyd edək ki, “Mandarin Cup” beynəlxalq turniri yanvarın 13-dən 17-dək keçiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər