Xavi sonrası sakitlik: “Flik balans yaratmaq üçün gətirildi”
İdman
12.02.2026 13:44
“Barselona”nın idman direktoru Deku klubun 2024-cü ildə Hans-Diter Fliki baş məşqçi təyin etmə qərarını izah edib.
TodayPress TV xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.
Deku bildirib ki, Xavi sonrası komandada sakitliyi təmin edə biləcək təcrübəli bir məşqçiyə ehtiyac var idi:
“Komandamızın heyəti çox spesifikdir. İndi balans daha yaxşıdır: gənc oyunçular, formanın zirvəsində olan futbolçular və təcrübəlilər — Rafinya, Frenki de Yonq, Jul Kunde, həmçinin Robert Levandovski. Kapitanlardan biri olan Mark-Andre ter Ştegen də hazırda icarədədir. Belə bir heyəti idarə etmək çox vacibdir. Bunun üçün böyük klublarda təcrübəsi olan bir məşqçi lazımdır. Flik uzun illər bu sahədə çalışıb və belə bir rol üçün ideal seçimdir”.
Flik əvvəllər Almaniya millisində və Münhen “Bavariya”sında çalışıb.
Namiq HUN
tag: Hans-Diter Flik,Barselona,Futbol,Məşqçi,Todaypress.tv,
