WADA: ABŞ rəsmilərinə mundial və Olimpiadaya qadağa gündəmdə deyil

İdman

14.03.2026 16:07

Beynəlxalq Anti-Dopinq Agentliyi (WADA) ABŞ prezidenti Donald Tramp və digər amerikalı rəsmilərin 2026-cı il futbol üzrə dünya çempionatını və 2028-ci il Olimpiya Oyunlarını izləməsini qadağan etməyi planlaşdırmır.

TodayPress TV xəbər verir ki, bu barədə qurumun rəsmi saytında yayılan açıqlamada bildirilib.

Bundan əvvəl “Associated Press” agentliyi ABŞ-nin WADA-ya illik üzvlük haqqını ödəməkdən imtina etməsi səbəbindən Tramp və digər amerikalı rəsmilərin dünya çempionatı və 2028 Yay Olimpiya Oyunlarına buraxılmaya biləcəyini yazmışdı.

WADA açıqlamasında bu məlumatın tamamilə yanlış və çaşdırıcı olduğunu vurğulayıb. 

Qurum qeyd edib ki, təşkilatın maliyyələşdirilməsinin azalması bütün dünyada, o cümlədən ABŞ-da idmançılara mənfi təsir göstərə bilər.

Namiq HUN

TodayPress TV

tag: WADA,Donald Tramp, 2028,Yay Olimpiya Oyunları,Todaypress.tv,