Ulduz tennisçi gözlənilmədən Dohada çıxış etməyəcək

Ulduz tennisçi gözlənilmədən Dohada çıxış etməyəcək
11.02.2026 17:14 İdman

Novak Cokoviç ATP-500 kateqoriyalı Doha turnirindən geri çəkilib.

TodayPress TV xəbər verir ki, “Böyük Dəbilqə” turnirlərinin 24 qat qalibi, dünya reytinqində 4-cü pillədə qərarlaşan serbiyalı tennisçi 16–21 fevral tarixlərində Qətərin paytaxtında keçiriləcək yarışda iştirak etməyəcək.

Turnirin hazırkı çempionu rusiyalı tennisçi Andrey Rublyovdur. O, ötən ilki finalda britaniyalı Cek Dreyperi məğlub edərək titul qazanmışdı.

Qeyd edək ki, Novak Cokoviç ötən həftə ailəsi ilə birlikdə İtaliyada keçirilən Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edib və fiqurlu konkisürmə yarışlarını izləyib. Bu il serbiyalı tennisçi Avstraliya Açıq çempionatının finalına yüksəlsə də, həlledici görüşdə ispaniyalı Karlos Alkarasa uduzub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər