“Üç şir” Tuhelə güvəndi: İngiltərə millisində uzunmüddətli plan təsdiqləndi
Almaniyalı mütəxəssis Tomas Tuhel İngiltərə milli komandası ilə müqaviləsini uzadıb.
TodayPress TV xəbər verir ki, bu barədə İngiltərə millisinin mətbuat xidmətinin X sosial şəbəkəsində məlumat yayılıb.
Bildirilir ki, “üç şir”in baş məşqçisi postunu tutan Tuhel yeni anlaşmaya əsasən 2028-ci ilə qədər yığmaya rəhbərlik edəcək.
52 yaşlı Tomas Tuhel İngiltərə millisini 1 yanvar 2025-ci ildən çalışdırır. Komanda onun rəhbərliyi altında 2026-cı il dünya çempionatının seçmə mərhələsini qrup lider kimi başa vurub və bir qol belə buraxmayıb.
Alman mütəxəssis daha əvvəl “Çelsi”, Dortmund “Borussiya”sı və PSJ kimi top-klublarda çalışıb.
Namiq HUN