U-21 Monteneqro ilə qarşılaşacaq

U-21 Monteneqro ilə qarşılaşacaq
08.06.2025 10:00 İdman

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama görüşünü keçirəcək.

TodayPress TV xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Matçın start fiti saat 20:00-da səsləndiriləcək.

Qeyd edək ki, U-21 iyunun 4-də Baranoviçi şəhərində Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə münasibətləri aydınlaşdırıb. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər