Türkiyə Superkubokunun qalibi müəyyənləşdi

Türkiyə Superkubokunun qalibi müəyyənləşdi
11.01.2026 00:34 İdman
Türkiyə Superkubokunun qalibi müəyyənləşib.

TodayPress TV xəbər verir ki, İstanbulda Atatürk Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında əzəli rəqiblər - "Qalatasaray"la "Fənərbağça" qarşılaşıb.

"Fənərbağça" Halil Umut Melerin idarə etdiyi derbidən 2:0 hesablı qələbə ilə ayrılıb. Qolları Matteo Genduzi (28-ci dəqiqə) və Ceyden Ostervolde (48-ci dəqiqə) vurub.

Qeyd edək ki, yarımfinalda "Qalatasaray" "Trabzonspor"u, "Fənərbağça" isə "Samsunspor"u mübarizədən kənarlaşdırmışdı.
XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər