Türkiyə Super Liqasında XXI turun oyunları davam edir

Türkiyə Super Liqasında XXI turun oyunları davam edir
08.02.2026 20:55 İdman

Türkiyə Super Liqasında “Qalatasaray” və “Başakşəhər” səfərdə qələbə qazanıb.

TodayPress TV xəbər verir ki, günün ilk qarşılaşmasında “Başakşəhər” səfərdə “Eyüpspor”la üz-üzə gəlib.

Gərgin keçən matçda azarkeşlər üç qolun şahidi olublar. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər oyununda lider “Qalatasaray” səfərdə “Rizəspor”u məğlub edib. Barış Alper Yılmaz, Yunus Akgün və Viktor Osimhenin vurduğu qollarla İstanbul təmsilçisi 3:0 hesablı qələbə qazanıb.

“Konyaspor” – “Göztəpə” qarşılaşmasında isə qalib müəyyənləşməyib – 0:0.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər