“Turan Tovuz”un Antalya toplanışındakı yoxlama oyunu ləğv edildi

“Turan Tovuz”un Antalya toplanışındakı yoxlama oyunu ləğv edildi
09.01.2026 14:15 İdman

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən “Turan Tovuz” klubunun hazırlıq planında dəyişiklik edilib.

TodayPress TV-nin məlumatına görə, klubun yaydığı açıqlamada bildirilir ki, hazırlıq çərçivəsində nəzərdə tutulan ilk yoxlama oyunu baş tutmayacaq.

Premyer Liqa təmsilçisinin yanvarın 10-da Rumıniyanın “Hermanştadt” klubu ilə keçirməyi planlaşdırdığı qarşılaşma təxirə salınıb. Hər iki tərəf heyətlərində zədəlilərin çoxluğunu əsas gətirərək oyunun ləğvi ilə bağlı razılığa gəlib.

Bu səbəbdən “Turan Tovuz” qış hazırlığı çərçivəsində yalnız bir yoxlama oyunu keçirəcək. Bölgə təmsilçisi yanvarın 17-də Polşanın “Poqon” klubu ilə üz-üzə gələcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər