“Tottenhem” böhrandan çıxış yolu kimi Simeoneyə üz tutdu
İngiltərənin “Tottenhem” klubunun nümayəndələri Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone ilə əlaqə saxlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Indykaila News sosial şəbəkə X-də məlumat yayıb.
London klubuna bildirilib ki, argentinalı mütəxəssis gələn yaydan etibarən işlə bağlı ediləcək istənilən təklifləri nəzərdən keçirməyə hazırdır.
Dieqo Simeone 2011-ci ildən Madrid “Atletiko”suna rəhbərlik edir və klub tarixinin ən uzunmüddətli baş məşqçilərindən biri hesab olunur.
Qeyd edək ki, “Tottenhem” daha əvvəl 2025-ci ilin yayından komandanı çalışdıran Tomas Frankı baş məşqçi postundan uzaqlaşdırıb.
Namiq HUN