Tennislə vida: Miloş Raoniç kortlarla vidalaşdı
İdman
12.01.2026 11:40
Keçmiş dünya üçüncüsü Miloş Raoniç peşəkar tennis karyerasını başa vurduğunu açıqlayıb.
TodayPress TV xəbər verir ki, 35 yaşlı kanadalı tennisçi bu qərarı sosial şəbəkələrdə paylaşıb.
“Vaxtı gəldi, mən tennislə vidalaşıram. Bilirsən ki, bu an nə vaxtsa gələcək, amma nədənsə heç vaxt ona hazır olmursan. İndi isə bacardığım qədər hazıram. Tennis həyatımın böyük hissəsində mənim sevgim və ehtirasım olub.
Xəyallarımı gerçəkləşdirə bildiyim üçün özümü inanılmaz dərəcədə şanslı hesab edirəm. Hər gün korta çıxır, bacarıqlarımı təkmilləşdirməyə fokuslanır, bunun məni hara aparacağını düşünürdüm. Səkkiz yaşımda tamamilə təsadüfən tanış olduğum tennis bir şəkildə uşaqlıq ehtirasıma, sonra isə peşəmə və həyatımın ayrılmaz hissəsinə çevrildi”, - deyə Raoniç bildirib.
Uimbldon-2016 turnirinin finalçısı olan Raoniç 2024-cü ilin ortalarından etibarən rəsmi turnirlərdə iştirak etmirdi.
Namiq HUN
tag: Miloş Raoniç ,Tennis,Karyera,Qərar,Todaypress.tv,
