Tennisçilərimiz Tirana turnirinə qələbə ilə başladılar

Tennisçilərimiz Tirana turnirinə qələbə ilə başladılar
13.06.2025 11:43 İdman

Albaniyada “Davis Cup” tennis turnirinə start verilib. 

TodayPress TV xəbər verir ki, Azərbaycanı Tirana turnirində Tamerlan Əzizov, Kənan Qasımov və Elvin Həşimov təmsil edir. 

Turnirin ilk günü idmançılarımız üçün uğurlu olub. Komandamız andorralı tennisçilərə qalib gəlib. Tamerlan Əzizov rəqibi Erik Servos Noqeri 6-1, 6-3 hesabilə məğlub edib. Kənan Qasımov da Damyen Jelaber ilə qarşılaşmada qələbəyə sevinib - 6-1, 6-0.

Tennisçilərimiz qoşa mübarizədən də kortdan qalib ayrılıblar. Tamerlan Əzizov - Kənan Qasımov dueti Servos Noqer-Damyen Jelaberdən ibarət Andorra komandasından üstün olub - 6-2,6-4.

Namiq HUN

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər