Sürət onun qanındadır: Lekler bobsley pilotu olmaq istəyərdi
İdman
12.02.2026 09:44
“Ferrari” komandasının pilotu Şarl Lekler qış Olimpiya Oyunlarında iştirak etsəydi, hansı idman növünü seçəcəyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, Lekler “Ferrari”nin mətbuat xidmətinə müsahibəsində bildirib ki, belə bir imkan olsaydı, böyük ehtimalla bobsleydə yarışardı:
- Əgər qış Olimpiya Oyunlarında iştirak etsəydin, hansı idman növünü seçərdin?
- Düşünürəm ki, bobsley. Bəli, yəqin bobsley. Orada dörd nəfər olur? Dörd, yoxsa beş? Bir pilot və dörd sürətləndirən? Dəqiq bilmirəm. Mən demək istəyirəm ki, hamı sürətləndirir, ya yox? Mənə özümdən daha iri oğlanlar lazım olacaq, amma pilot mən olardım. Bu işdə yaxşı ola bilərdim, - deyə monakolu sürücü bildirib.
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunları İtaliyada keçirilir və yarışlar fevralın 22-də başa çatacaq.
Namiq HUN
tag: Şarl Lekler,Ferrari,İdman,Olimpiya,Todaypress.tv,
