“Sumqayıt”dan sürpriz transfer: Badolo hücum xəttinə dinamika qatacaq
“Sumqayıt” klubu heyətini yeni transferlə gücləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Kimyaçılar” Burkina-Fasodan olan hücumameyilli yarımmüdafiəçi Sedrik Badolonun transferini rəsmən açıqlayıb.
Qeyd edək ki, 27 yaşlı futbolçu daha əvvəl Slovakiyanın “Spartak Trnava” klubunda çıxış edib.
Namiq HUN