Skandalın nəticəsi: Türkiyə klubuna xal silmə sanksiyası tətbiq olundu
İdman
12.02.2026 16:46
FIFA İntizam Komitəsi Türkiyənin 1-ci Liqa təmsilçisi “Adana Demirspor” klubunu cəzalandırıb və komandaya 12 xal silmə cəzası tətbiq edib.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası rəsmi məlumat yayıb.
Bildirilir ki, komitə klubla bağlı iki ayrı iş üzrə ümumilikdə 12 xalın silinməsi barədə qərar qəbul edib. Hazırda komanda liqada mənfi 40 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Xatırladaq ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev 2023/24 mövsümündə “Adana Demirspor”un formasını geyinib. Klubun futbolçuya ödənilməmiş mükafat kimi 100 min ABŞ dolları borcu olduğu bildirilir. Bundan əlavə, müqavilənin pozulmasına görə qolkiperə 607 min dollar məbləğində kompensasiya ödənilməlidir.
Namiq HUN
tag: Adana Demirspor,FIFA,Klub,Xal,Cəza,Todaypress.tv,
