Sinner tennisdə yeni zirvədə: qələbə rekorduna liderlik edir

İdman

13.03.2026 16:14

İtaliyalı tennisçi, dünya reytinqində ikinci pillədə qərarlaşan, “Böyük dəbilqə” turnirlərinin dördqat qalibi Yannik Sinner 2020-ci ildən bəri “Böyük dəbilqə” və “Masters” turnirlərində qazandığı qələbələrin sayına görə liderdir.

TodayPress TV xəbər verir ki, Sinner bu müddətdə 189 qələbə əldə edib. 

Bu göstəriciyə görə ikinci yerdə 188 qələbə ilə alman tennisçi Aleksandr Zverev qərarlaşıb.

Siyahıda növbəti yerləri serbiyalı Novak Cokoviç (187 qələbə), ispaniyalı Karlos Alkaras (178 qələbə) və rusiyalı Daniil Medvedev (169 qələbə) tutur.

Yannik Sinner hazırda ABŞ-də keçirilən İndian-Uells “Masters” turnirinin yarımfinalına yüksəlib. O, bu mərhələdə Aleksandr Zverevlə qarşılaşacaq.

Qeyd edək ki, İndian-Uells turnirinin son qalibi britaniyalı tennisçi Cek Dreyperdir. O, ötənilki finalda danimarkalı Holger Rune üzərində qələbə qazanmışdı.

Namiq HUN

TodayPress TV

tag: Yannik Sinner,Reytinq,Cədvəl,Uğur,Todaypress.tv,