Serbiyada uğur: qadın güləşçilərimiz Avropa çempionatını medallarla bitirdi

Serbiyada uğur: qadın güləşçilərimiz Avropa çempionatını medallarla bitirdi
14.03.2026 09:00 İdman

Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında qadın güləşçilərin mübarizəsi başa çatıb.

TodayPress TV xəbər verir ki, Azərbaycan millisi qadın güləşi üzrə U-23 Avropa çempionatında komanda hesabında altıncı yeri tutub.

Hesabında 81 xalı olan yığmamız qitə birinciliyində bir qızıl və iki gümüş medal qazanıb.

Millimizin heyətində Günay Qurbanova (59 kq) Avropa çempionu olub. Gültəkin Şirinova (55 kq) və Ruzanna Məmmədova (62 kq) isə yarışı gümüş medalla başa vurublar.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər