“Şamaxı”nın yay hazırlıq planı açıqlandı
“Şamaxı” klubunun yeni mövsümə hazırlıq planı məlum olub.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisinin təlim-məşq toplanışı iki mərhələdən ibarət olacaq. İyulun 5-də Qəbələdə start götürəcək ilk mərhələ iyulun 26-na qədər davam edəcək. İkinci mərhələnin hazırlığını isə komanda avqustun 7-dək Şamaxıda keçirəcək.
“Şamaxı” iki mərhələli hazırlıq zamanı 5 yoxlama oyunu keçirməyi planlaşdırır.
Namiq HUN