Salah “Əl-Nəsr”in radarına düşdü
“Liverpul” klubunun futbolçusu Məhəmməd Salah Kriştianu Ronaldu ilə komanda yoldaşı ola bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu hücumçunu heyətinə qatmaq niyyətindədir. Bu isə o deməkdir ki, misirli forvard Ər-Riyad təmsilçisinin portuqaliyalı ulduzu ilə komanda yoldaşı ola bilər.
Qeyd edək ki, “Əl-Nəsr”lə yanaşı, bu ölkənin “Əl-Hilal”, “Əl-İttihad”, “Əl-Əhli” və “Əl-Qadisiya” klubları da Salahla maraqlanır.
Salahın hazırda Liverpul təmsilçisində işləri qaydasında getmir. O, Çempionlar Liqasının Liqa mərhələsinin “İnter”lə səfər matçını buraxıb.
Namiq HUN