Şakil O'Nil: “İndiki dövrdə oynasaydım, trilyoner olardım”

Şakil O'Nil: “İndiki dövrdə oynasaydım, trilyoner olardım”
09.06.2025 15:50 İdman

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) dördqat çempionu, Şöhrət Zalının üzvü və hazırda analitik olan Şakil O'Nil bildirib ki, əgər indiki dövrdə basketbol oynasaydı, sərvəti 1 trilyon dolları keçərdi.

TodayPress TV xəbər verir ki, o, bu barədə "YouTube" platformasında yayımlanan “New Heights” proqramında danışıb. 

“Əgər mən bu dövrdə oynasaydım, trilyoner olardım. Buna yüz faiz inanıram”, — deyə O'Nil bildirib. 

Qeyd edək ki, Şakil O'Nil NBA karyerası ərzində 1992–2011-ci illərdə “Orlando Məcik”, “Los-Anceles Leykers”, “Mayami Hit”, “Finiks Sans”, “Klivlend Kavalyers” və “Boston Celtiks” kimi komandaların formasını geyinib. O, bu illər ərzində 4 dəfə NBA çempionu olub.

"Celebrity Net Worth" platformasının məlumatına əsasən, Şakil O'Nilin hazırkı sərvəti təxminən 500 milyon dollar olaraq qiymətləndirilir.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər